Amino Complex (Code: )

Qiymət: 39.00 AZN
Say: 

Təsvir: AMINO COMPLEX (300 tablet) —yüksək keyfiyyətli və inanılmaz dada malik aminturşular kompleksidir. Amino Complex-in o biri aminolardan əsas fərqləndirən cəhət - unikal 4 mənbədən alınan aminturşulardı. Amino Complex-in aminturşularının mənbəyi:

1. Südün zərdab zülanının hidrolizatı

2. Toyuq əti zülalının hidrolizatı

3. Yumurta albumini 

4. Südün zərdab zülanının konsentratı 

Aminturşuları orqanizmdə zülal sintezi üçün əsas tikinti materialları kimi xidmət edirlər və keyfiyyətli əzələ toxumasının artımı üçün əvəzolunmazdırlar. AMINO COMPLEX atletin orqanizmini aminturşularının tam çeşidi ilə, o cümlədən orqanizmdə sintez oluna bilməyən və yalnız qida ilə alınan əvəzolunmaz aminturşuları ilə təmin edir. AMINO COMPLEX -in tərkibində qlutamin və BCAA - amintuşuların yüksək miqdarı vardır.

AMINO COMPLEX,  məşq prosesinin maksimal dərəcədə intensiv, effektiv və məhsuldarlı olması üçün vacib olan inanılmaz enerji ilə təmin edir, güc və dözümlülüyü artırır. AMINO COMPLEX həmçinin antikatabolik xüsusiyyətlərədə malikdir, bu məhsul əzələ kütləsini inkişaf etdirməyə yardım edir və yorucu məşqlərdən sonra əzələlərin bərpasını tezləşdirir.

Əvəzolunmaz aminturşularının gündəlik miqdarı  bodibildinq nəticələrinə birbaşa təsir edir, lakin adi qidadan belə amin-molekullarını böyük həcmdə almaq  çox çətin məsələdir, demək olar ki, mümkün olmayan bir şeydir, çünki qəbul edilən adi qidada zülallarla yanaşı, həmçinin yağlar və karbohidratlar(sadə) da vardır, onların çoxluğu isə ümumilikdə bədən quruluşuna mənfi təsir göstərir. Belə vəziyyətdə, çıxış yolu Amino Complex kimi xüsusi aminturşuları kompleksini almaqdır. Bu əlavənin müntəzəm şəkildə qəbulu balanslaşdırılmış şəkildə qidalanmağa imkan verəcəkdir və bununla birgə orqanizmin keyfiyyətli zülala olan bütün ehtiyaclarını ödəyəcəkdir.

Amino Complex-in müsbət təsirləri

  • Orqanizmin plastik və enerji resurslarının sürətlənmiş şəkildə bərpası
  • Zülal strukturlarının - əzələ liflərinin tezləşdirilmiş sintezi
  • Əzələ katabolizminin (dağılmasının) yatırılması
  • Maddələrin mübadilə proseslərinin– metabolizmin sürətləndirilməsi
  • Bütün əvəzolunmaz amin-molekullarının köməyi ilə orqanizmdə zülal mübadiləsinin normallaşdırılması
  • Yorğunluq hissinin azalması
  • Bərpa proseslərinin sürətli artımı

Məhsulun 1 porsiyasında  qida maddələrin tərkibi  (12 tablet):

- Enerji dəyəri 42 kkal

Protein 10 q

- Karbohidratlar 0,4 q

- Yağlar 0,1 q

Aminturşular: L-leysin 830 mq L-izoleysin 450 mq L-lizin 775 mq L-metionin 230 mq L-fenilalanin 375 mq L-treonin 130 mq L-triptofan 130 mq L-valin 490 mq L-alanin 660 mq L-arginin 495 mq Asparagin turşusu 975 mq L-sistein 185 mq L-qlütamin 1490 mq Qlisin 755 mq L-histidin 185 mq L-prolin 710 mq L-serin 495 mq L-tirozin 280 mq. Cəmi: 10 000 mq  

Tərkibi: südün zərdab zülalının konsentratı, yumurta albumini, toyuq əti zülalının hidrolizatı, südün zərdab zülalının hidrolizatı, jelatin, sorbit (aşqar), aromatizatorlar, maqnezium stearat (E470В, topalanmanın qarşısını alır), limon turşusu (turşuluq tənzimləyicisi), sukraloza (şirinləşdirici). 

İstifadə qaydaları: Günə 12 tablet, 4 tablet ac qarına, 4 tablet məşqdən əvvəl və 4 tablet məşqdən sonra. Məşq olmayan günlərdə 3 dəfə 4 tablet qəbul edin.

Bağlamada porsiyaların sayı: 75

İstehsalçı: Activlab

Copyright MAXXmarketing Webdesigner GmbH
.