BCAA 12:1:1 (Code: )

Qiymət: 63.00 AZN
Say: 

BCAA 12:1:1 500q

Təsvir: Məşhur Activlab firması güclü əvəzolunmaz aminturşuları kompleksini istehsal etmişdir. BCAA 12:1:1 - şaxələnmiş BCAA strukturuna malik, leysin-valin-izoleysinin müvafiq olaraq 12:1:1 proporsiyasında olduğu aminturşularıdır. Bu kompleksin qəbulu zamanı əzələ kütləsinin aktiv artımı, dözümlülük səviyyəsinin yüksəlməsi, eləcə də güc göstəricilərinin artımı təmin olunacaqdır. Əlavənin tərkibində L-leysinin güclü dozası var. Bu amino-molekulu orqanizm özü hasil edə bilmir, ona görə də onun qida və ya xüsusi əlavələrlə orqanizmə daxil olması çox vacibdir. Bu aminturşusu zülal molekullarının parçalanmasının qarşısını almağa qadirdir və nəticə etibarilə müsbət azot balansını təmin edir. Əgər sizin məqsədiniz gözəl bədən quruluşuna sahib olmaqdırsa, o zaman Activlab BCAA 12:1:1 kompleksi sizin üçündür!

BCAA 12:1:1 ActivLab intensiv əzələ fəaliyyəti zamanı enerji sərfiyyatını qarşılamaq məqsədilə xüsusilə idmançılar üçün nəzərdə tutulub.

Activlab BCAA 12:1:1 müsbət təsirləri:

* Zülal sintezini təmin edir;

* Enerji potensialının artımına kömək edir;

* Dərialtı piy miqdarının azalmasını təmin edir.

İdman əlavələri bazarında bu cür preparatlar azdır, buna görə də bazara daxil olan ilk günlərdən BCAA 12:1:1 əsl ajiotaj yaratmışdır. İstehsalat prosesinə yeni yanaşma, eləcə də müasir texnologiya biliklərinin təkmilləşdirilməsi yüksək effektivliyə malik olan BCAA aminturşularını hər kəs üçün münasib qiymətdə istehsal etməyə imkanını yaratdı.

Bundan başqa məhsulun əla dad xarakteristikaları var. BCAA 12:1:1 portağal, qreypfrut, limon dadlarında istehsal olunur. Sadalanan dadların heç birinin kimyəvi ətri yoxdur, bu isə bu kompleksi oxşar məhsullardan müsbət tərəfdən fərqləndirir.

Məhsulun bir porsiyasında(1 porsiya = 10 qr) qida maddələrinin tərkibi:

Leysin 7.8 q

İzoleysin 0.65 q

Valin 0.65 q

Kalorilər 124 kkal

İstifadə qaydaları: BCAA 12:1:1 -in bir porsiyasını məşqdən əvvəl, bir porsiyasını isə məşq zamanı və məşqdən sonra qəbul edin. İstirahət günlərində BCAA-nı səhər tezdən acqarına qəbul edin. Əlavəni suda həll edin və hazırladıqdan dərhal sonra qəbul edin.

Bağlamada porsiyaların sayı: 50

İstehsalçı: Activlab

Copyright MAXXmarketing Webdesigner GmbH
.