BCAA 4:1:1 (Code: )

Qiymət: 49.00 AZN
Say: 

ActivLab istehsalı olan BCAA 4:1:1 500g

Təsvir: BCAA 4:1:1 – idmançılar tərəfindən quru əzələ kütləsi yığımında, artıq piy yığınlarının yandırılmasında və fiziki formanı lazımı səviyyədə saxlamaqda effektivliyin artırılmasına yönəlmiş aminturşuları kompleksidir. Bu əlavə atletin yorucu məşqlərdən maksimum fayda alması üçün lazım olan üç komponentdən ibarətdir: leysin, izoleysin və valindən.

Bu preparatı digər BCAA komplekslərindən fərqləndirən cəhət – tərkibində insan orqanizmində sintez olunmayan və yalnız qida məhsullarından alına bilən L-leysin aminturşusunun daha çox miqdarda olmasıdır. Leysinin izoleysinə və valinə qarşı olan bu nisbəti əzələ kütləsinin daha məhsuldar yığımına kömək edir.

BCAA 4:1:1 necə işləyir?

· Məşqlərdən sonra əzələlərin sürətli bərpasına kömək edir

· Əzələ kütləsinin artım prosesini sürətləndirir

· Əzələ toxumalarının dağılmasını dayandırır

· Orqanizmin regenerativ keyfiyyətlərini çoxaldır

· Orqanizmin ümumi dözümlülüyünü artırır

· Ümumi əhvalı yaxşılaşdırır

BCAA 4:1:1 kimlər üçün nəzərdə tutulub?

ActivLab istehsalı olan BCAA 4:1:1 aktiv həyat tərzi keçirən və ən yüksək idman uğurlarını hədəfləyən, gözəl və sağlam bədənə sahib olmaq istəyən insanlar üçün yaradılmışdır. BCAA 4:1:1 əlavəsinin müntəzəm qəbulu orqanizmin ümumi vəziyyətinə və əzələ tonusuna müsbət təsir göstərir.

Məhsulun bir porsiyasında(1 porsiya = 10 qr) qida maddələrinin tərkibi:

Leysin - 6000 mq

İzoleysin - 1500 mq

Valin - 1500 mq

Kalorilər – 124 kkal

İstifadə qaydaları: BCAA 4:1:1 -in bir porsiyasını məşqdən əvvəl, bir porsiyasını isə məşq zamanı və məşqdən sonra qəbul edin. İstirahət günlərində BCAA-nı səhər tezdən acqarına qəbul edin. Əlavəni suda həll edin və hazırladıqdan dərhal sonra qəbul edin.

Bağlamada porsiyaların sayı: 50

İstehsalçı: Activlab

Copyright MAXXmarketing Webdesigner GmbH
.