СНПЧ А7 Таганрог, обзоры принтеров и МФУ

İdman qidaları


İdman qidaları
—  sağlam həyat tərzi sürən atletlər və adi insanlar  üçün hazırlanmış qida əlavələri qrupudur. Adətən, idman qidaları xüsusi təsirə malikdirlər.  Beləliklə, bəzi məhsullar yüksək kaloriliyi ilə seçilirlər və əzələ kütləsinin yığımı üçün uyğundurlar. Digərləri isə çəkinin azaldılması məqsədilə hazırlanırlar.  O cümlədən, universal məhsullarda mövcuddur:  vitaminlər, minerallar, izotonik komplekslər. Bütün kateqoriyalar üzrə qida əlavələrini və onların istifadəsinə dair tövsiyyələri,  siz bizim internet mağazamızda əldə edə bilərsiniz.

Idman qidaları - dərman preparatı deyil və dopinq sayılmır və bütün idman növlərində rəsmi istifadə olunur! Azərbaycanda çox vaxt, idman qidaları ilə steroid hormonlarını qarışdırırlar və steroidlərə xas olan yan təsirləri idman qidalarına aid edirlər. Amma bu tamamilə səhvdir! İdman qidaları tam təbii (heyvan və ya bitki) mənşəli komponentlərdən hazırlanır.

 

Whey Protein - tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal olan toz konsentratıdır. Protein idmançının əzələ kütləsinin artımını, , eləcə də müasir insanın rasionun korreksiyasını  təmin etmək üçün vacibdir. Protein əzələ daxili hüceyrələrin yeni zülal molekullarının sintezi üçün əsası, tərkibidir. Buna görə də protein – amin turşuları qaynağı üçün xammaldır (əzələlər üçün tikinti materialı) və zülal sintezinin stimulyatorudur. Protein nə qədər çox olarsa, hüceyrə daxili sintez də bir o qədər fəal olar. Kulturistlərdə protein tələbatı birbaşa olaraq məşqlərin intensivliyindən asılıdır. Gündəlik protein qəbulu tələbatı öz çəkinizin hər 1 kiloqramı üçün 2-3 qram zülal təşkil etməlidir. Proteindən istifadənin yan təsiri – (əgər təlimatlara riayət edilərsə) – yoxdur. Proteinin cinsi güc, dişlərin, saçın tökülməsi və s. mənfi təsir göstərməsi haqqında nağıllar ağılsızlıqdan başqa bir şey deyildir.

 

Qeyner – tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal və karbohidratlar olan toz konsentratıdır. Qeyner, demək olar ki, mürəkkəb karbohidratlar əlavəsi ilə olan proteindir. Bunun sayəsində qeynerlərin yüksək anabolik effekti vardır. Qeyner əsasən əzələ kütləsini və bədən çəkisini artırmağa çalışan idmançılara məsləhət görülür. Əzələlərin artımı üçün enerji, kalori lazımdır ki, bunu da qeyner verir. Məsləhət görülür ki, qeynerləri məşqlərə 1-1,5 saat qalmış  və məşqlərdən 15-30 dəqiqə sonra qəbul edilsin. Məşqin başlamasına qədər qeynerlər optimal enerji fonu yaradır və əzəzlədaxili sərbəst amin turşularının ehtiyatını artırır ki, onlar da böyük yükləmələr zamanı fəal mübadilıə edilir. Karbohidratların mürəkkəb tərkibi bir neçə saat ərzində uzunmüddətli təsiri təmin edir.

 

Kreatin – bu insanların və heyvanların əzələlərində olan, enerji mübadiləsi, əzələ hərəkətləri və insanın yaşaması üçün vacib olan əvəzedilməz, təbii maddədir. Kreatin bodibildinqdə idmanda əldə edilən nəticələrin yüksəldilməsi, eləcə də əzələ kütləsinin artırılması üçün istifadə edilən qida əlavəsidir. O, enerji istehsalında və əzələ yığılmalarında əsas rolu oynayır. Ərzaqların təbii hissəsi kimi, əsasən ət və balıqda olur. Qırmızı ət – kreatinin ən gözəl təbii qaynaqlarından biridir. Bitki məhsullarında isə əksinə olaraq kreatin tərkibi olduqca azdır.

 

 

 

EnergetikBu karbohidratlar və karbohidrat-zülallardan, bəzən isə kofein və vitaminlərin əlavəsi ilə olan xüsusi qarışıqlardır. Belə qarışıqları adətən məşqdən əvvəl qəbul edirlər ki, orqanizmin yüksək enerji ehtiyatı olsun. Məşqdən sonra isə enerqetiklər, enerji ehtiyatının bərpa edilməsini sürətləndirir.

 

 


Amino
– zülalın (əzələnin) tərkib hissəsidir. İntensiv məşqlərdən sonra tam aminturşular kompleksinin qəbul edilməsi zəifləmiş əzələ hüceyrələrinin effektiv bərpası üçün həlledici əhəmiyyətə malikdir. Aminturşular qəbul edildikdə, məşqlərdən sonra orqanizmdə yaranan yüksək hormonal fonun potensial imkanlarından istifadə edilir. Aminturşular əzələ kütləsinin və gücün artımını sürətləndirir.

 

  

Vitaminlər –  orqanizmə lazım olan xüsusi maddələr. Bir neçə vitamindən ibarət preparat – polivitamin adlanır. Yeni başlayanlar üçün hər hansı bir polivitamin kompleksi xeyirli olar. Ayrı-ayrı vitaminlərdə qəbul etmək olar. Səhərlər askorbin turşusu(vitamin C) qəbul etmək olar. İdmançılara B grup viaminlər də çox xeyirlidir.

 

 

 

Tribulus Terrestris – bu təbii yolla testosteronun hasil edilməsini gücləndirən bitki mənşəli əlavədir. Preparat idmançılarda əzələlərin ölcü və gücünü nəzərəcarpacaq dərəcədə artırır, cünki testosteron cox güclü anabolik hormondur. Bu preparat dünyanın ən yaxşı atletləri və kulturistləri tərəfindən qəbul edilir. Trubulus terrestisin yan effekti yoxdur və sağlamlıq üçün ziyan olmadan qəbul edilə bilər. Eləcə də Tribulus, cinsi gücü, libidonu (seksual meyli) və sperma keyfiyyətini artıran olduqca güclü və effektiv preparatdır.

 

 

BCAA — 3 aminturşular qrupudur (izoleysin, leysin, valin). Bu aminturşularının toplam payı əzələ toxumalarında 35%-dək çatır. Yəni, BCAA aminturşuları - əzələ kütləsinin formalaşmasında ən vacib olan əsas komponentlərdir. İlk növbədə, BCAA orqanizmin enerji ehtiyaclarını təmin etmək üçün sərf olunur, bu səbəbdən də BCAA-nı məşqlərdən əvvəl, məşqlər zamanı(bunun üçün toz şəklində olan bcaa daha yaxşıdır) və məşqlərdən sonra qəbul etmək vacibdir ki, əzələ zülallarının parçalanmasının qarşısı alınsın və əzələlərin bərpası və artımı sürətlənsin.  

 

 

 

Notice: Undefined variable: irat in /var/www/atletaz/public_html/shop/templates/it_theshop2/html/com_content/article/default.php on line 324
.