Creatine + Beta Alanine (Code: )

Qiymət: 25.00 AZN
Say: 

Təsvir: Creatine + Beta Alanine ActivLab 300q kreatinlə beta-alaninin ən yaxşı birləşməsidir. Bu yüksək yüklənmələr və məşqlər zamanı iş qabiliyyətini qaldırmağa, yorğunluq müddətini gecikdirərək məşq müddətini dəfələrlə artırmağa imkan verir.

Creatine + Beta Alanine ActivLab-ın üstünlükləri

* Kreatinlə beta-alaninin ideal balansı;

* Kreatin intensiv məşqlər zamanı güc göstəricilərini yüksəldir;

* Dəfələrlə dözümlülüyü artırır.

* Bağlama 30 məşqə kifayət edir.

Activlab kompaniyasının Creatine+ Beta-Alanine qida əlavəsi toz şəklində istehsal olunur. Orqanizmə düşdükdən sonra Creatine + Beta Alanine ActivLab kəskin şəkildə bütün idman göstəricilərini yüksəldir və partlayıcı enerji artımını verir. ActivLab Creatine Beta Alanine sayəsində Siz müxtəlif idman növlərində, məsələn, ağır atletikada, veloidmanda, bodibildinqdə və başqa idman növlərində inanılmaz nəticələr əldə edə biləcəksiniz.

Creatine + Beta Alanine ActivLab qəbulu dözümlülüyün artımı hesabına məşq prosesinin müddətini əhəmiyyətli dərəcədə uzadacaq. Bunun nəticəsi isə əzələ kütləsinin və idman göstəricilərin daha sürətli artımı olacaqdır. Creatine+ Beta-Alanine bütün əzələ liflərini işə cəlb etməyə imkan verir, bu isə onu qəbul etmədən mümkün deyil.Kreatin təbii mənşəli maddədir, o insanın əzələ toxumalarında mövcuddur, lakin onun konsentrasiyası idmanla məşğul olan insanlar üçün kifayət etmir və buna görə də onu əlavə olaraq qəbul etmək lazımdır.

Məhsulun bir porsiyasında(1 porsiya = 10 qr) qida maddələrinin tərkibi:

Enerji dəyəri 49 kkal

Beta Alanin 4,5 q

Kreatin monohidrat 4,5 q

İstifadə qaydaları: Bir porsiyanı (10 q) 250 ml suda həll etmək. Məşqdən 30-40 dəqiqə əvvəl qəbul etmək. İstirahət günlərində səhər tezdən 1 porsiya qəbul etmək.

Bağlamada porsiyaların sayı: 30

İstehsalçı: Activlab

Copyright MAXXmarketing Webdesigner GmbH
.