100% Whey Gold Standard-2,27kg (Code: )

Qiymət: 119.00 AZN
Say: 

100% Whey Gold Standard

2,27 kq

DÜNYADA ƏN ÇOX SATILAN PROTEİN!

Təsvir: zərdab zülalı fəal insanlar arasında çox məşhurdur, çünki o asanlıqla mənimsənilir və əzələlərin bərpası üçün aminturşularının zəngin mənbəyidir. Zərdab zülalının izolyatı zərdabın ən təmiz formalarından biridir və dünyada ən çox satılan 100% Whey Gold Standard zərdab zülalının əsas komponentidir. Optimum Nutrition 100% Whey Gold Standard-ın hər porsiyasının tərkibində yağ, laktoza və başqa

lazımsız maddələrin çox kiçik miqdarda olması ilə, 24 qram sürətlə mənimsənilən zərdab zülalı vardır. Şübhəsiz ki, Optimum Nutrition-dan olan 100% Whey Gold Standard – bütün başqa zərdab zülalları üçün nümunə olan standartdır.

Xülasə:

- Zərdab zülalının izolyatından hazırlanmışdır

- Zərdab zülalının mikrofraksiyaları, zərdab zülalının izolyatı və zərdab zülalının ultrafiltrasiya edilmiş konsentratından ibarətdir

- Hər porsiyanın tərkibində 4 qramdan artıq qlutamin və qlutamin turşusu vardır

- Hər porsiyanın tərkibində 5 qramdan artıq BCAA (şaxələnmiş zəncirli aminturşuları – leysin, izoleysin və valin) vardır.

- Zülallar arasında “Qızıl standart”dır.

Məhsulun bir porsiyasında(1 ölçü qaşığı – 29.4 qr) qida maddələrinin tərkibi:

* Kalorilər - 120, o cümlədən yağ kaloriləri - 10

* Cəmi yağlar - 1 qr., o cümlədən doymuş yağlar - 0,5 qr.

* Xolesterin - 30 mq.

* Natrium - 60 mq.

* Cəmi karbohidratlar - 3 qr., o cümlədən şəkər - 1 qr.

* Zülal - 24 qr.

* Kalsium - 10 %

Vitamin və mineralların gündəlik normasının faizi qidalanmanın günə 2000 kaloridən ibarət olmasına əsaslanaraq göstərilmişdir.

Tərkibi: zülal qarışığı (zərdab zülalının izolyatı, zərdab zülalının konsentratı, zərdab peptidləri), təbii və süni aromatizatorlar, lesitin, kalium asesulfam, Aminogen (Aminogen), laktaza.

İstifadə qaydaları: 100% Whey Gold Standard-ın bir ölçü qaşığını 180-240 ml. soyuq su və ya yağsız süd ilə qarışdırın.

Bağlamada porsiyaların sayı: 74.

İstehsalçı: Optimum Nutrition

Copyright MAXXmarketing Webdesigner GmbH
.