High Whey Protein Bar (Code: )

Qiymət: 5.00 AZN
Say: 

High Whey Protein Bar

Təsvir: Konfetlər faydalı ola bilərlər! Özünüzlə şirniyyat və fastfud əvəzinə qəlyanaltı kimi High Whey Protein Bar-ı götürün və öz orqanizminizi yüksək keyfiyyətli enerji ilə doldurun. Hər bir batonun (80 q) tərkibində 19 q. təmiz zülal, 3.5 q. əvəzolunmaz BCAA aminturşuları, karbohidratların və yağların optimal nisbəti var, həmçinin High Whey Protein Bar qlutamin, vitaminlərlə və minerallarla zənginləşdirilibdir. 

Hər bir porsiyanın rahat individual qablaşdırması və üç mükəmməl dadı gün ərzində orqanizminizə fayda verməklə yanaşı aclığınızı necə yatırtmaq lazım olduğu haqda Sizi daha düşündürməyəcək, bundan əlavə, bu məhsuldan qismən qidalanmanın əvəzləyicisi kimi də uğurla istifadə oluna bilər. Məhsul “kütlə üçün” qidalanan idmançılar, eləcə də öz rasionunda keyfiyyətli zülalın miqdarını artırmaq istəyən idmançılar üçün yaradılmışdır; aclığı əla yatırdır, maddələr mübadiləsini sürətləndirir, məşqdən sonra katabolizmi (əzələlərin parçalanması və dağılması prosesini) yatırdır və əzələ anabolizminə (əzələ toxumalarının artımına və kütlə yığımına) kömək edir.

Vaxtında və tam şəkildə qidalanmağa imkan olmadıqda - iş, səyahətlər və tədris zamanı çox münasibdir. Tövsiyə olunan gündəlik porsiya: gün ərzində 1-2 baton. Üç heyranedici dadda istehsal olunur: vanil, giləmeyvə və limon.

Məhsulun bir porsiyasında (1 baton - 80 qram) qida maddələrinin tərkibi:

Enerji dəyəri 357 kalori

Zülal 19,2 q

Karbohidrat 37,6 q

Yağlar 14,4 q

Leysin 1,76 q

Valin 0,88 q

İsoleysin 0,88 q

Qlutamin 0,03 q

Vitamin C 22 mq

VitaminВитамин В3 4,4 mq

Vitamin Е 3,36 mq

Vitamin B5 1,68 mq

Vitamin В6 0,4 mq

Vitamin В2 0,4 q

Vitamin В1 0,3 mq

Vitamin В12 0,72 mkq

Biotin 14 mkq

Fol turşusu 56 mkq

İstifadə qaydaları: Tövsiyə olunan gündəlik porsiya: gün ərzində 1-2 baton. Üç heyranedici dadda istehsal olunur: vanil, giləmeyvə və limon.

Bağlamada porsiyaların sayı: 1

İstehsalçı: Activlab

Copyright MAXXmarketing Webdesigner GmbH
.